Rusiyada qatar qəzası: 15 vaqon relsdən çıxdı

Rusiyanın Kareliya respublikasında yük qatarı qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 15 vaqon relsdən çıxıb.

Qeyd olunur ki, vaqonların əksəriyyəti boş olub. Xəsarət alanların olmadığı deyilir.

Hadisə ilə bağlı araşdırma başlayıb.