Rusiyanın Vladimirski vilayətində dəhşətli qəza qeydə alınıb.
Yenicag.az xəbər verir ki, dəmir yolu keçidi üzərində qatarın avtobusu vurması nəticəsində ölənlərin sayı 18-ə çatıb. Eyni sayda da yaralıların olduğu bildirilir.
Məlumata görə, avtobusda 56 sərnişin olub. Qəzanın baş vermə səbəbinə gəlincə, buna sürücünün qadağanedici siqnala məhəl qoymaması səbəb olub.