Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyada qətlə yetirilən azərbaycanlı gəncin FOTOLARI

Rusiyanın paytaxtı Moskva şəhərində Sumqayıt sakininin ölümü ilə nəticələnən silahlı insidentin baş verməsi ilə bağlı məlumatı vermişdik.

Məlumat üçün qeyd edək ki, hadisə yanvarın 28-də gecə paytaxtın “Slavyanskiy bulvar” metro stansiyası yaxınlığında baş verib. Üç nəfər arasında baş verən mübahisə zamanı Azərbaycan vətəndaşı, Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Mahir Rüstəmov aldığı güllə yarasından hadisə yerində ölüb. Olayın iştirakçısı olan digər Sumqayıt sakini, 1985-ci il təvəllüdlü Əli Həsənov isə yaralanıb.

Xeberle.com-un məlumatına görə, hadisə nəticəsində ölən Mahir Rüstəmov Moskvada kafelərin birində ofisiant işləyirmiş. O, Sumqayıt şəhəri Kotec qəsəbəsində yaşayıb. Bir müddət əvvəl isə evlərindən Rusiyaya qayıdıbmış.
Hadisə nəticəsində yaralanan Əli Həsənov isə Sumqayıt şəhəri 1-ci mikrorayon sakinidir.

Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb, hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Hadisə nəticəsində ölən M. Rüstəmovun fotolarını təqdim edirik.

www.yenicag.az

2499
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100