Reklam

Reklam

Rusiyanın Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda Azərbaycan vətəndaşlarının olduğu mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Yenicag.az xəbər verir ki, Kalmıkiyanın Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, xəsarət alan 11 nəfərin, o cümlədən 7 uşağın vəziyyəti stabil ağır qiymətləndirilir.

Qurum rəsmisinin sözlərinə görə, xəsarət alanlardan bir neçəsi ilkin tibbi yardımdan sonra özlərini normal hiss edirlər və xəstəxanadan çıxmaq istədiklərini bildiriblər.

Eyni zamanda qeyd edilir ki, həkimlər xəsarət alanlardan bəzilərinin müalicə üçün Kalmıkiyanın paytaxtı Elistaya göndərilməsi üçün hazırda konsilium keçirirlər.

FHN rəsmisi bildirib ki, qəzanın baş vermə səbəbi araşdırılır.

Xatırladaq ki, Rusiyanın Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda Azərbaycan vətəndaşlarının olduğu bildirilən mikroavtobus aşıb, hadisə nəticəsində 11 nəfər, o cümlədən 7 uşaq xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın səbəbləri müəyyənləşdirilir.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 179
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."