!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada təyyarə qəzasında azərbaycanlı biznesmen öldü

!Reklam – Yazi

Bu gün Rusiyada qəzaya uğrayan təyyarədə ölən sərnişinlərin siyahısı dərc olunub.

Yenicag.az-ın məlumata görə, təyyarədə olan 65 sərnişin arasında bir azərbaycanlı da olub. Siyahıda adı qeyd olunmuş şəxs Namiq Qəhrəmanovdur. Orskdakı Azərbaycan icmasından verilən məlumata görə, Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonudan olub. O, Rusiyada biznes fəaliyyəti ilə məşğul olurmuş.

Xatırladaq ki, bu gün Moskva-Orsk reysini həyata keçirən “Saratov Hava Yolları”na məxsus sərnişin təyyarəsi “Domodedovo” hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

www.yenicag.az

4398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv