Rusiyada Miq-31 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Yeniçağ.az “İnterfaks”a istinadən xəbər verir ki, hadisə Buryatiya Respublikasında sınaq uçuşu zamanı baş verib. Təyyarə poliqonda insan olmayan əraziyə düşüb. Hər iki pilot vaxtında katapult edərək sağ qalıb.
Qəza baş verən ərazidə axtarış-xilasetmə helikopteri cəlb edilib.
Yeniçağ.az