Rusiyada səfərbərlik: Ölkədən çıxışa məhdudiyyət qoyulub?

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.

Yenicag.az xəbər verir ki, bundan sonra vətəndaşların ölkədən çıxışına da qadağa qoyulduğu ilə bağlı məlumat yayılıb.

İddialarla bağlı Rusiyanın Federal Turizm Agentliyi – “Rosturizm”dən açıqlama verilərək belə bir məhdudiyyətin olmadığı bildirilib.