Rusiyada şəhər bir neçə saat içində sular altında qaldı – VİDEO

Rusiyanın Naxodka şəhəri (Primorsk diyarı), demək olar ki, sular altında qalıb. Şəhərə cəmi bir neçə saat ərzində 124 mm (aylıq norma 135 mm-dir) yağıntı düşüb.

Yenicag.az xəbər verir ki, bir neçə yaşayış məntəqəsi işıqsız qalıb, yolları isə su basıb.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.