Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşdu – 5 ölü, 14 yaralı

Rusiyada sərnişin avtobusu ilə yük maşını toqquşub.

Yenicag.az xəbər verir ki, qəza Həştərxan-Elista-Stavropol avtomobil yolunun 420-ci kilometrində baş verib.

Qəza zamanı avtobusda 23 nəfər olub. Onlardan 5-i ölüb, 14-ü xəsarət alıb.

Xəsarət alanlar rayonun mərkəzi xəstəxanasına çatdırılıblar.

Məlumata əsasən, qəzaya səbəb sərnişin avtobusunun qarşı hərəkət zolağına çıxması olub.