Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb

Moskvanın “Domodedovo” aeroportundan havaya qalxan “An-148” sərnişin təyyarəsi havaya qalxandan az sonra radardan itib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Təcili Yardım Xidmətindən məlumat verilib.

Paytaxtdan Orska uçan “Saratov Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonuna düşüb.

Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvünün olduğu bildirilir.

COP29