Rusiyada sərxoş kişi altı uşağı girov götürdü – Baltalamaqla HƏDƏLƏYİR

Rusiyanın Sankt-Peterburq şəhər ətrafında yerləşən mənzildə sərxoş halda olan silahlı şəxs altı uşağı girov götürərək, onları baltalamaqla hədələyir.

Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə güc strukturlarındakı mənbə məlumat verib.

Bildirilir ki, uşaqları evə qapadan onların atasıdır. O, əvvəlcə arvadını küçəyə qovub, sonra uşaqları ilə hədələməyə başlayıb.  38 yaşlı ev sahibinin tələbləri bəlli deyil.

Hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub.