Rusiyada silah-sursat anbarında növbəti partlayış – Yaralananlar var

Rusiyada Krasnoyarsk vilayətinin Açinsk şəhəri yaxınlığında silah-sursat anbarında daha bir neçə partlayış baş verib.

Yenicag.az xəbər verir ki, partlayış nəticəsində 9 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yanğın və partlayışa səbəb hərbi sursat olan stellaja ildırım düşməsi olub.

Xatırladaq ki, avqustun 5-də də həmin anbarda partlayış baş vermişdi. Nəticədə bir nəfər həlak olmuş, 13 nəfər yaralanmışdı. Bölgədə fövqəladə vəziyyət elan olunmuş, anbarın yaxınlığındakı yaşayış məntəqələrindən 16 mindən çox adam köçürülmüşdü.