Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Rusiyada “Şimal” İES-də dəhşətli yanğın: 1 ölü, 13 yaralı - FOTO/VİDEO

Rusiyanın Mıtişi şəhərində yerləşən “Şimal” İstilik Elektrik Stansiyasında yanğın baş verib.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki,  stansiyadakı yanğın nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Ölən şəxsin İES-də gözətçi işləyən qadın olduğu bildirilir.

Rusiya Fövqəladə Hallar nazirinin müavini İlya Denisov yanğının stansiyaya məxsus qaz borusundan sızma nəticəsində meydana gəldiyini bildirib.

Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin çox sayda texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın lokallaşdırılıb, ocaqların tam söndürülməsi üçün tədbirlər davam etdirilir.

www.yenicag.az

2049