Rusiyada son bir sutkada 7 843 nəfər koronavirusa yoluxdu – STATİSTİKA

Rusiyada son bir sutkada daha 7 843 nəfər koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat verib.

Məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 553 301 nəfərə çatıb. Daha 194 nəfər ölüb. Ümumi ölənlərin sayı 7 478 nəfərdir. Virusa yoluxan 304 342 nəfər isə sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 065 nəfər.