Rusiyada son sutkada 12 mindən çox yoluxma – 201 ölüm

Rusiyada koronavirusa yoluxanların sayı 1,27 milyon nəfəri keçib.

Yenicag.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 12 126 nəfər virusa yoluxub, 201 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 272 238 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 22 257 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 009 421 nəfər virusdan sağalıb, 240 560 nəfərin müalicəsi isə davam edir.