Rusiyada son sutkada daha 6 693 nəfər koronavirusa yoluxdu

Rusiyada son sutkada daha 6 693 nəfər koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə Koronavirusun Yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

Bununla da ölkədə koronavirus xəstələrinin ümumi sayı 647 849 nəfərə çatıb. Daha 154 nəfər virusdan ölüb. İndiyədək virusdan ölənlərin sayı 9 320 nəfərdir.

Son sutkada 9 220 nəfər sağalıb. Bununla da sağalanların sayı 412 650-yə yüksəlib.