Rusiyanın Sankt-Peterburq şəhərində artıq qeyri-adi görünməyən hadisə qeydə alınıb.
Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, 13 yaşlı yeniyetmə qız hamilə qalıb.
Hadisə yeniyetmə xəstəxanada həkim müayinəsindən keçərkən üzə çıxıb.
Müayinə zamanı onun 5 aylıq hamilə olduğu bilinib. Həkimlər qızı müayinə etdikdən sonra evə buraxsalar da, bu barədə polisə məlumat veriblər.
Faktla bağlı araşdırma başlanılıb.