Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTB) terror qruplaşmasının Saratov vilayətində planlaşdırdığı terror aktının qarşısını alıb.
Yenicag.az saytının məlumatına görə, FTB-nin yaydığı xəbərdə bildirilir ki, bununla bağlı əməliyyat bu gün keçirilib. Terrorçular onların avtomobilinin təqib edən xidmətin əməkdaşlarına silahlı müqavimət göstəriblər. Atışma zamanı cinayətkarlar yaralanıb. Onların xəsarətinin ağır olduğu bildirilir.
Hadisə yerinə baxış keçirilərkən terrorçuların istifadə etdiyi tapançalar, əldəqayırma qumbaralar aşkarlanıb.