Rusiyada terror törətməyə çalışan şəxslər zərərsizləşdirdi

Rusiya FSB-nin əməliyyatı zamanı iki Qazaxıstan vətəndaşı ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Faktla bağlı ibtidai araşdırma aparılır: “Rusiya Federasiyasında terror aktı törətmək cəhdi zamanı Rusiya təhlükəsizlik qüvvələri tərəfindən Qazaxıstanın iki vətəndaşının zərərsizləşdirilməsi ilə bağlı məlumatlar KİV-də dərc olunub. Həmin şəxslərin Qazaxıstan vətəndaşı olması və Rusiyada olması təsdiqlənir”.

Yoxlamanın Rusiya FSB ilə sıx təmasda, mövcud əməkdaşlıq kanalları çərçivəsində həyata keçirildiyi vurğulanıb./unikal