Rusiyada təyyarə ermənini tikə-tikə etdi – VİDEO

Moskva-Afina sərnişin təyyarəsi Şeremetyevo aeroportunun uçuş zolağında adam vurub.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, insident dünən Moskva vaxtı ilə saat 20:10-da baş verib. Təyyarə hərəkətə başladıqdan bir qədər sonra heyət üzvləri dispetçerlərə təyyarənin uçuş-enmə zolağında heyvanla ehtimal edilən toqquşması barədə məlumat verib. Lakin təyyarə heç bir zərər görmədiyinə görə onun hava limanına geri qayıtmaması qərara alınıb.

Təcili tibbi yardım və təhlükəsizlik əməkdaşları hadisə yerinə cəlb olunub. Baxış zamanı uçuş zolağında insan qalıqları aşkarlanıb.

DNT analizi nəticəsində təyyarənin vurduğu şəxsin İspaniyadan deportasiya edilmiş erməni olduğu müəyyən edilib.