Rusiyada təyyarə qəzası: 3 nəfər öldü

Rusiyanın Murmansk vilayət aerodromunda “Tu-22M3” tipli təyyarə eniş zamanı qəzaya uğrayıb. Təyyarənin qəza anının görüntüləri yayılıb.

RİA Novostinin məlumatına görə, çərşənbə axşamı plan çərçivəsində təlim-məşq uçuşunu yerinə yetirdikdən sonra güclü küləklə müşahidə olunan qar yağışına düşən “Tu-22M3” tipli təyyarə sərt eniş edib. Bu zaman bombardımançı hissələrə parçalanıb və yanmağa başlayıb.

Nəticədə 3 nəfər ölüb, bir yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib./AZƏRTAC/