Rusiyada təyyarə qəzası: ölən var

Rusiyanın Saratov vilayətində An-26 tipli hərbi təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarənin göyərtəsində olan bir hərbçi ölüb, 5 nəfər isə yaralanıb.

Qəza təlim uçuşu zamanı baş verib.

Yenicag.az