Rusiyada təyyarə qəzası – Ölənlər var

4f18185f89de0483e77765e5178c17de__660xRusiyanın Orenburq vilayətində Sterlitamak şəhərindən Orska uçan yüngül motorlu An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Təyyarənin qalıqları Orskdan bir az aralı Severovka rayonunda tapılıb.

İlkin məlumata görə, qəzaya hava şəraitinin dumanlı olması səbəb olub. Əlverişsiz hava şəraiti axtarışları da çətinləşdirib.

Təyyarə “Layteyr” QSC-yə məxsusdur. Uçuşun məqsədi Orsk ətrafında neft kəmərinə baxış keçirmək idi.

Təyyarənin göyərtəsində olan iki ekipaj üzvü və bir “Transneft” şirkətinin nümayəndəsi hadisə yerindəcə ölüblər.(Aznews)