Rusiyanın Xabarovsk vilayətində təyyarə qəzası baş verib.
Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib.
Ölənlərdən biri Rusiyanın Şərq Hava Yolları Federasiyasının prezidenti Vladimir Levşindir.
Qeyd edək ki, qəzaya səbəb kimi texniki problem və hava şəraitinin əlverişsiz olması göstərilir.