Rusiyada təyyarə təcili eniş etdi – SƏBƏB

“Aeroflot” aviaşirkətinin SU1563 reysini yerinə yetirən təyyarə Perm şəhərində sərnişinlərdən biri özünü pis hiss etdiyinə görə təcili eniş edib.

Yenicag.az-ın məlumatına görə, təyyarə İrkutsk şəhərindən Moskavaya yollanırdı.

Sərnişin dərhal xəstəxanaya yerləşdirilib. Hadisə yerli vaxtla 19:40-da baş verib. Saat 21:05-də isə təyyarə yenidən təyinat nöqtəsinə yollanıb./Trend/