Rusiyada təyyarə zavodunda yanğın oldu – Xəsarət alan var

Moskvanın şimal-qərbində yerləşən Çernışev adına təyyarə zavodunda yanğın baş verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın səhər saatlarında zavodun binalarından birində başlayıb.

Hadisə nəticəsində 52 yaşlı kişi xəsarət alıb.

Yanğının başvermə səbəbi müəyyənləşdirilir.