“KrasAvia” aviaşirkətinə məxsus An-26 təyyarəsi Krasnoyarsk diyarının Dikson hava limanında uçuş-enmə zolağından çıxıb.
Yenicag.az xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.
“Təyyarənin göyərtəsində 23 sərnişin olub”, – məlumatda deyilir.
Təyyarə Norilskdən nizamsız çarter reysi həyata keçirirdi. Faktla bağlı digər təfərrüatlar verilmir./unikal