Rusiyanın Mıtişi şəhərində yerləşən “Krasnıy kit” ticarət mərkəzində baş verən atışmada 3 nəfər yaralanıb.
Yenicag.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı gənc şəxs saxlanılıb.
Dərhal hadisə yerinə polis əməkdaşları gəlib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Polis əməkdaşları hadisənin baş vermə səbəblərini müəyyənləşdirirlər./Apa/