Rusiyada “Tu-154” təyyarələrinin uçuşları dayandırılıb

tu_154_280708Bir neçə gün əvvəl baş vermiş qəzanın səbəbləri müəyyən olunanadək Rusiyada “Tu-154” təyyarələrinin uçuşları dayandırılıb.

Yeniçağ.Az Trend-ə istinadən məlumat verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Aviasiya uçuşlarının təhlükəsizliyi xidmətinin rəisi, general-leytenant Sergey Baynetov deyib.

Xatırladaq ki, Rusiyada Suriyaya gedən “Tu-154” təyyarəsi Soçi yaxınlığında qəzaya uğrayaraq Qara dənizə düşmüş, nəticədə 92 nəfər həlak olmuşdu.

Bu gün həmin qəza nəticəsində həlak olanlardan 19 nəfərin meyiti sudan çıxarılıb.

Yeniçağ.Az