Rusiyada Türkiyəyə məxsus gəmi yandı – Ölən var

Rusiyanın Krasnodar diyarında, Temryuk limanında Türkiyəyə məxsus gəmidə yanğın baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub.

Qeyd olunur ki, yanğın taxıl gəmisində başlayıb. Bir müddətdən sonra yanğın söndürülüb.

Gəmidə Türkiyə və Hindistan vətəndaşlarının olduğu deyilir.