Rusiyada uçqun – Qarın altında qalanlar var – FOTO / YENİLƏNDİ 

Rusiyada yerləşən Krasnoyarsk diyarının Norilsk şəhərində “Qora otdelnaya” dağ xizək kompleksi ərazisində baş vermiş qar uçqununun altından 4 nəfər sağ tapılıb.

Məlumata görə, onlar bir ailənin üzvləridir.

“Qar uçqunu altından daha 2 nəfər özü çıxıb, axtarış işləri davam etdirilir”, – məlumatda bildirilir.

***

23:36

Rusiyada qar uçqunu olub.

Yenicag.az “TASS”a istinadən xəbər verir ki, hadisə Krasnoyarsk diyarının Norilsk şəhərində baş verib.

Beş evin qarın altında qaldığı bildirilir.

Hazırda qar altında qalanların sayı dəqiqləşdirilir və xilas edilmələri istiqamətində işlər aparılır.

Hadisə yerinə Rusiya FHN-nin Sibir regionu üzrə bölmələri, 50 nəfər heyət və 3 texniki vasitə yollanıb.