!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada ÜMUMXALQ MİTİNQİ: "Hakimiyyət imkan vermir ki, xalq təşkilatlansın"

!Reklam – Yazi

“Rusiya xalqı aldadılmış, buxovlanmış, qorxudulmuş bir kütlədir”.

Bu sözləri Rusiyada baş verən hadisələrin gedişatını şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.Zərdüşt Əlizadə bildirib ki, Rusiyada baş tutan ümumxalq mitinqi ani reaksiya idi:

“Rus xalqından heç nə asılı deyil. Rusiya xalqı aldadılmış, buxovlanmış, qorxudulmuş bir kütlədir. Yuxarıdakı bir neçə adam qərar verir, dövlət də cəza alətidir. Rus xalqı bişüurdur, cahildir, öz hüquqlarını bilmir. Rusiya hakimiyyəti imkan vermir ki, rus xalqı təşkilatlansın. Hətta özünü zəhmətkeşlərin tərəfdarı adlandıran kommunistlər satqın məxluqlardır, başda Züqanov olmaqla.

Ukraynada xalq görəndə ki onun hüquqlarını pozurlar, hücum edir hakimiyyətə, hakimiyyət qaçır. Misal üçün, Yanukoviç qaçdı. Rusiyada xalq görəndə ki, hökumət onun hüquqlarını pozur, ölkədən qaçır, hakimiyyət qalır”.

Səxavət Məmməd

www.yenicag.az

388
Ads
www.veteninfo.com
!Reklam – Arxiv