!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiyada vicdanlı insana yaraşan yeganə yer həbsxanadır” - Aleksey Navalnı

!Reklam – Yazi

Bu gün həbsindən bir il keçən Rusiyanın ana müxalifət lideri Aleksey Navalnı bu “yubiley” münasibətilə məqalə yazıb.

Yenicag.az həmin yazını təqdim edir:

“Bəli, hazırda vicdanlı insana yaraşan yeganə yer həbsxanadır.

Düz bir il əvvəl mən evə – Rusiyaya qayıtdım. Azad insan kimi ölkəmə bir addım belə keçməyim alınmadı, məni sərhəd nəzarətindən əvvəl həbs etdilər.

Sevdiyim kitablardan biri olan Lev Tolstoyun “Dirilmə” əsərinin qəhrəmanı deyir: “Bəli, hazırda Rusiyada vicdanlı insana yaraşan yeganə yer həbsxanadır”.

Gözəl səslənir, amma o zaman da yanlış idi, indi isə daha çox.

Rusiyada çoxlu vicdanlı insanlar var – on milyonlarla. Onların sayı düşündüyümüzdən daha çoxdur. Amma hakimiyyət o vaxt da iyrənc idi, indi isə daha çox – heç də vicdanlı insanları qorxutmurlar , cəsarətliləri qorxudurlar. Daha doğrusu, dəqiqləşdirim: o şəxsləri ki, ola bilsin qorxurlar, amma qorxuya qalib gəlirlər. Belələri də çoxdur. Biz onlarla daim müxtəlif yerlərdə rastlaşırıq: mitinqlərdən tutmuş, qalan müstəqil mediaya qədər. Bəli, hətta burada, “Instagram”da da… Bu yaxınlarda oxudum ki, yazılarımı bəyənən əməkdaşları Daxili İşlər Nazirliyindən qovurlar. Deməli,2022-ci ildə Rusiyada hətta bəyənmə də cəsarətin təzahürü ola bilər.

Hər zaman siyasətin mahiyyəti belədir: yeganə nəzarətsiz hakimiyyət hüququnu mənimsəmək istəyən çar qorxmayan vicdanlıları qorxutmalıdır. Onlar da öz növbəsində ətrafdakı hər kəsi qorxmağa ehtiyac olmadığına inandırmalıdırlar. Əgər hər şeyi başqa cür, daha ədalətli təşkil edə bilirsənsə, nə üçün bütün ömür boyu qorxu içində və hətta qarət olunmuş vəziyyətdə yaşamaq lazımdır..?

Və bu, sonsuz bir yelləncəkdir. Yaxud kanatın dartılması: bu gün cəsarətlisən, sabah sanki bir az qorxudacaqlar. Ertəsi gün isə səni o qədər qorxutdular ki, sən ümidini itirdin və yenə cəsur oldun.
Mən hələ də bilmirəm ki, mənim kosmik səyahətim nə vaxt bitəcək və ümumiyyətlə bitəcəkmi?.. Yalnız cümə günü mənə daha bir cinayət işimin məhkəməyə göndərildiyi barədə məlumat verildi. Növbəti sırada daha bir şey var: Burada mən ekstremist və terrorçuyam. Deməli, mən o “kosmonavt”lardanam ki, müddətin sonuna qədər günləri saymır. Nəyi sayaq ki. adamlar 27 il həbsdə oturdular. Amma mən bu kosmonavtlar dəstəsinə məhz ona görə düşdüm ki, bacardığım qədər kanatın bu ucunu çəkməyə çalışdım. O, vicdanlılar arasından o şəxsləri bu tərəfə çəkdim ki, onlar ya bunu istəmir və ya artıq qorxmurlar.

Mən bunu etdim, bir saniyə belə peşman deyiləm və etməyə davam edəcəm.

Həbsdə olduğum ilk ili çəkdim və mühafizə məni məhkumların daşınması üçün olan avtomobilə aparanda, məhkəmə qarşısına toplaşanlara nə qışqırdığımı hamıya bir daha demək istəyirəm: “Heç nədən qorxmayın. Bu bizim ölkəmizdir və başqa ölkəmiz yoxdur”.

Yeganə qorxu odur ki, vətənimizi bir dəstə yalançı, oğru, ikiüzlülər tərəfindən talan edilməsinə buraxacağıq. Həm öz gələcəyimizi, həm də övladlarımızın gələcəyini döyüşmədən, könüllü olaraq təslim edəcəyik.
Dəstəyinizə görə hamınıza çox sağ olun – mən bunu hiss edirəm”.

Xatırladaq ki, Navalnı keçən il Almaniyadan vətənə qayıdanda “Şeremetyevo” hava limanında həbs edilmişdi. O,“İv Roşe” işi üzrə təqsirli bilinmişdi.

www.yenicag.az

384
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv