Rusiyada yanğın: 4 nəfər öldü

Rusiyanın Mıtişi şəhərində yerləşən qaynaq sexində güclü yanğın baş verib.

Yenicag.az RİA “Novosti”yə istinadən xəbər verir ki, yanğın 225 kv.m ərazini əhatə edib.

Yanğın yerinin kəşfiyyatı zamanı dörd nəfərin meyiti aşkar olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.