Reklam: High Technic
hightechnic

Rusiyada YENİ PUL - Plastik əsginaslar...

Rusiya Mərkəzi Bankı futbol üzrə dünya çempionatına həsr olunmuş plastik xatirə əskinasını təqdim edib.

Yenicag.az-ın məlumatına görə, əskinas 100 rubl dəyərindədir.

Bu əskinaslar 20 milyon tirajla buraxılacaq və iyunun sonunadək Rusiyanın bütün regionlarına göndəriləcək.

Plastik əskinasları kredit təşkilatları müştərilərə təqdim edəcək.

Qeyd edək ki, 2018-ci il dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək./Trend/

www.yenicag.az

1120