Rusiyada bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Yeniçağ.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” Daxili İşlər Nazirliyinin regional idarəsinin nümayəndəsinə istinadən xəbər verib.
Məlumata görə, hadisə Tümen – Xantı-Mansiysk avtomagistral yolunda, yerli vaxtla saat 14:15-də qeydə alınıb. Belə ki, “Toyota Rav4” və “Mitsubishi Lancer” avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Yeniçağ.az