Rusiyada yük qatarı relsdən çıxdı

Rusiyanın İrkutsk vilayətində 67 vaqonlu kömür dolu yük qatarı relsdən çıxıb.

Yenicag.az-ın məlumatına görə, hadisə yerli vaxtla saat 09:20-də baş verib.

Hadisə yerinə iki bərpaedici qatar və mütəxəssislər göndərilib. Həmçinin Rusiya FHN-dən və yanğınsöndürən-xilasedici qarnizonundan operativ qruplar cəlb olunub.

Ölən və xəsarət alan yoxdur.