!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada zavodda partlayış - Yaralılar var

!Reklam – Yazi

Rusiyanın Nijeqorod vilayətindəki “Kristal” zavodunda baş verən partlayışlar nəticəsində 39 nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, Rusiya KİV-lərinin Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinə istinadla yaydıqları məlumata görə, yaralananlardan 4 nəfərinin vəziyyəti ağırdır. Doqquz nəfər yüngül yara alıb. Həlak olan yoxdur. Zavoddakı açıq yanğın söndürülüb.

Bu gün zavodun trotil istehsalı sexində bir neçə partlayış olub. Bundan sonra yanğın başlayıb. Yaralananlar əsasən zavodun işçiləri və yaxınlıqdakı binaların sakinləridir. Hadisə ilə əlaqədar Dzerjinskdə və ətrafdakı üç qəsəbədə fövqəladə vəziyyət elan olunub.

www.yenicag.az

1158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv