!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadakı Azərbaycanlıların Federal Milli-mədəni Muxtariyyəti Qarabağla bağlı müraciət yaydı

!Reklam – Yazi

Rusiyadakı Azərbaycanlıların Federal Milli-mədəni Muxtariyyəti (FNCA AzerRos) Federal Şurası Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar gərginliyin artması ilə bağlı müraciət yayıb.

“Azərbaycandandan həyəcanlı məlumatlar gəlməyə davam edir: bir çox günahsız qurbanlar var, uşaqlar ölür, məktəblər atəşə tutulur.

AzərROS Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar gərginliyin artması ilə bağlı son dərəcə narahat olduğunu bildirir. Təəssüf ki, dünya Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin (822, 853, 874 və 884) icrası məsələsinin sülh yolu ilə həll etmək cəhdləri müsbət nəticə verməyib. Rəsmi Bakının atdığı addımların Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirib çıxaracağına ümid etdiyimizi bildiririk.

Eyni zamanda, hər kəsdən Azərbaycanla Ermənistan arasında vəziyyətin gərginləşməsi zamanı Rusiyada milli icmaların nümayəndələrini, xüsusən də həyat təcrübəsi olmayan gəncləri yaşadığımız çoxmillətli ölkəmizdə təxribat yaratmağa çalışan həm xarici, həm də təəssüf ki, daxili radikal qüvvələrin hərəkətlərinə diqqət yetirmələrini xahiş edirik. Ölkədə millətlərarası münasibətlərin vəziyyətinə təsir göstərmək və iki xalqın milli icmaları arasında qarşıdurma ocağı yaratmaq üçün beynəlxalq münaqişələrdən istifadə etmək və gərgin vəziyyəti xaricdən Rusiya ərazisinə keçirmək cəhdlərinə sərt hüquqi qiymət veriləcək və bütün bu hərəkətlər hüquq-mühafizə orqanları tərəfindən dərhal yatırılacaq.

Həmvətənlərimizi ölkədəki millətlərarası razılığı qorumaq üçün əsas olan Rusiya Federasiyası qanunlarına daim və hər yerdə ciddi şəkildə əməl etməyə, sakit olmağa, bir-birinə hörmət göstərməyə, sayıq olmağa, təmkinli və dünyəvi müdriklik nümayiş etdirməyə, mövcud vəziyyəti diqqətlə qiymətləndirməyə, habelə edilən hərəkətlərin və bəyanatların nəticələrini düşünməyə, Dağlıq Qarabağdakı hərbi vəziyyəti Rusiya ərazisinə daşımaq məqsədi ilə münaqişənin böyüməsi faktlarından istifadə etməklə bağlı hər cür təhrikə və təxribata uymamağa çağırırıq”.

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv