2023-cü ildə Rusiyanın Kazan şəhərində keçirilməsi planlaşdırılan Xüsusi Olimpiya Oyunları ləğv edilib.
Yenicag.az xəbər verir ki, qərar Ukraynadakı vəziyyətlə əlaqədar qəbul olunub.
Turnir gələn il 21 – 27 yanvara nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Xüsusi Olimpiya Oyunları dörd ildən bir qış və yay idman növləri üzrə keçirilir. İlk Oyunlar 1968-ci ildə ABŞ-ın Çikaqo şəhərində gerçəkləşib. Yarışda əqli qüsurlu şəxslərin iştirakına icazə verilir.