Rusiyadakı qəzada ölənlərin sayı 17-yə çatıb- YENİLƏNİB

Rusiyanın Krasnodar vilayətində avtobusun dənizə düşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Yenicag.az “Ria Novosti”yə istinadən xəbər verir ki, xilas edilən 24 nəfərdən 8-i xəstəxanaya yerləşdirilib. Onlardan beşinin vəziyyəti ağırdır.

Qeyd olunub ki, avtobus 4 metr hündürlükdən düşüb. Hadisə yerinə 80 xilasedici cəlb edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 264-cü maddəsi (ehtiyatsızlıq üzündən insanların ölümü ilə nəticələnən yol hərəkəti qaydalarının pozulması və nəqliyyat vasitələrinin istismarı) ilə cinayət işi açılıb.
**

Rusiyanın Krasnodar diyarında avtobus yoldan çıxaraq dənizə düşüb.

Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, avtobus Krımla Rusiyanı birləşdirən Kerç körpüsündə tikinti işləri ilə məşğul olan işçiləri aparırmış.

Avtobusun Volna qəsəbəsi ərazisində suya düşməsi nəticəsində 14 nəfər ölüb. Üç nəfərin həyatını xilas etmək mümkün olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Yenicag.az

COP29