Rusiyadakı terrorda 3 nəfər ölüb – VİDEO

380x214Rusiyanın Stavropol vilayətinin Novoselitsk rayon Daxili İşlər Şöbəsinin binasına hücum nəticəsində 3 silahlı şəxs zərərsizləşdirilib.

Bu barədə DİN məlumat yayıb. Bildirilir ki, onlardan biri nəzarət-buraxılış nöqtəsində zərərsizləşdirilib, digəri isə özünü partladıb: “Polis və dinc sakinlər arasında xəsarət alan yoxdur”.

DİN-ə məxsus obyektlərin zəbt olunmasının qarşısını almaq məqsədilə regionda “Qala” xüsusi planı tətbiq edilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.(Azvision)

https://youtu.be/cxbalqcSdG0