Rusiyadakı yanğında azərbaycanlı ölüb? – AÇIQLAMA – Yenicag.Az

Reklam

Reklam

XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

Rusiya Federasiyası Fövqəladə hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyinə verilən ilkin məlumata görə ticarət mərkəzində yanğında ölən və yaralananlar arasına Azərbaycan Respublikası vətəndaşlarının olması faktı qeydə alınmayıb.

***

Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində xəsarət alan və ölənlər sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın Rusiyadakı səfirliyi və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi Rusiya Federasiyasının müvafiq qurumları ilə təmasdadırlar.

Qeyd edək ki, Rusiyada “Zimnyaya vişnya” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 53 nəfər ölüb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1451
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."