İŞİD lideri Əbubəkr əl-Bağdadiyə qarşı təşkil edilən əməliyyatda Rusiya iştirak etməyib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Nazirlik ABŞ təyyarələrinə Rusiya tərəfindən aviadəstək verilmədiyini bildirib:
“ABŞ-ın Bağdadi əməliyyatı ilə bağlı suallar və şübhələr var”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Bağdadiyə qarşı əməliyyatın Rusiya, Türkiyə və İraq hərbi qüvvələrinin koordinasiyası ilə həyata keçirildiyini açıqlamışdı.