Rusiyadan ABŞ-a İTTİHAM: “Bizi müharibə ilə hədələyirlər”

Rusiya XİN-in rəsmi nümayəndəsi ABŞ-ın ünvanına növbəti ittihamları səsləndirib. 

Yenicag.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın Rusiya sərhədlərindəki fəallığını müharibə təhdidi kimi qiymətləndirib.

Bu zaman o, ABŞ-ın Qara dəniz akvatoriyasındakı hərəkətlərini, o cümlədən, hərbi gəmilərin boğazdan keçirilməsini xüsusi qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın bu fəallığı sadəcə, Hərbi-Dəniz Qüvvələrinin (HDQ) təlimləri ilə əlaqələndirməsi gözdən pərdə asmaqdır. Əslində, ABŞ bununla Ukraynada real döyüş planlarını hazırlamaq və sınaqdan keçirmək məqsədi güdür:

“Bu, Ukraynanın Donbasda hərbi gücə əl atması halında ona lazım olacaq”.