Rusiyadan ABŞ-a şok ittiham

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ABŞ-ı qaçaqmalçılıqla ittiham edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Zaxarova Rusiyanın Volqoqrad şəhərində mətbuat konfransı keçirib. ABŞ-ın Suriyadakı fəaliyyətləri barəsində danışan mətbuat katibi bu sözləri deyib:

“ABŞ İŞİD ilə mübarizəni bəhanə edərək Suriyanın şimal-şərqində neft qaçaqmalçılığı ilə məşğul olur. ABŞ qeyri-qanuni şşəkildə Suriya ərazisindən ayda 30 milyon dollarlıq neft çıxarır və buna görə də bölgədən çıxmaq istəmir”.