Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada təşkil olunmuş paneldə Suriyada baş verən son hadisələri şərh edib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir ABŞ-ın Türkiyə və İraq sərhədindən Suriyanı bölməyə çalışdığını söyləyib. Onun sözlərinə görə, sonuncu baş verən hadisələr ABŞ-ın Suriyada İŞİD-lə mübarizə aparmasına ciddi şübhə yaradıb:
“ABŞ PKK\PYD-dən istifadə edərək, Suriyanı bölməyə çalışır. Onların bu addımı Türkiyə ilə münasibətləri də kəskinləşdirib. ABŞ-ı odla oynamamağa çağırırıq”.
Qeyd edək ki, panelə məruzəçi kimi qatılan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın addımlarına qarşı Türkiyənin verdiyi reaksiyanın təbii olduğunu bildirib.