“Rusiya ABŞ-ın Prezident Vladimir Putinə yaxın olanlara qarşı tətbiq etdiyi yeni sanksiyalara mütləq cavab verəcək”.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya mütləq cavab verəcək və bunu necə lazım bilirsə, edəcək”, – deyə Peskov əlavə edib.
Xatırladaq ki, ABŞ Rusiya Prezidenti Vladimir Putinin qızlarına, xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı və qızına və Rusiya Təhlükəsizlik Şurasının bir sıra üzvlərinə qarşı sanksiyalar, eləcə də Baş nazir Mixail Mişustin və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevə qarşı tam bloklayıcı sanksiyalar tətbiq edib.