Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Rusiyadan aldığımız "S-400"-in istifadəsi üçün azərbaycanlı hərbiçilərdən yararlana bilərik" - Türkiyəli general

Reklam: High Technic

“Türkiyə Silahlı Qüvvələri Rusiyadan yeni aldığı S-400 “Triumf” zenit raket kompleksinin istifadə olunmasında Azərbaycan ordusunun hərbiçilərindən istifadə edə bilər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a eksklüziv açıqlamasında Türkiyənin Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan bildirib.

Türkiyəli general deyib ki, Türkiyənin aldığı “S-400” silahları qonşu və qardaş ölkə kimi Azərbaycanın da hava məkanının qorunmasına nəzarət edəcək:

“Qardaş Azərbaycanın hava məkanının təhdid olunması Türkiyənin təhdid olunması deməkdir. Eyni zamanda bu, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında mövcud qarşılıqlı hərbi əməkdaşlığın ruhuna ziddir. Ona görə də bu məsələdə Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Hesab edirəm ki, Türkiyə ərazisində yerləşdirilən S-400 kompleksi həm də Azərbaycanın hava məkanının qorunmasına töhfə verəcək. Yəqin ki, iki ölkə arasında qarşılıqlı əməkdaşlıq həyata keçiriləcək. Məsələn, Türkiyə əvvəlcədən Azərbaycanın hava məkanına qarşı hər hansı təhdid hiss edərsə, bu barədə dərhal qardaş ölkəyə məlumat verilə bilər. Eyni zamanda bu sistemləri Azərbaycanla sərhədə yaxın ərazilərə də yerləşdirmək olar. İstənilən halda biz düşünürük ki, Azərbaycanın hərbi gücünün olması türkiyənin hərbi gücünün olması deməkdir. Çünki Azərbaycan və Türkiyə bir millət, iki qardaş dövlətlərdir”.

Azərbaycan Silahlı Qüvvələrinin arsenalında S-300 zenit raket kompleksinin olduğunu xatırladan Kürşat Atılgan qeyd edib ki, azərbaycanlı hərbiçiləri bu silahdan daha əvvəllər istifadə etdiyi üçün onların bu sahədə böyük təcrübəsi var:

“Türkiyə Silahlı Qüvvələri Rusiyadan aldığı “S-400” silahlarından istifadənin öyrənilməsində azərbaycanlı hərbiçilərin bilik və təcrübələrindən də yararlana bilər. Çünki qardaş Azərbaycan ordusunun hərbiçilərinə bu silah yad deyil. Onlar daha öncədən bu silahdan istifadəni öyrəniblər. Hesab edirəm ki, Türkiyə ordusu “S-400″ silahın istifadə edəcək hərbi personala azərbaycanlı hərbiçiləri də cəlb edə bilər. Yəqin ki, bu istiqamətdə iki ölkə arasında müəyyən danışıqlar aparıla bilər”.

Xatırladaq ki, 28 aprel 2017-ci ildə Türkiyənin Xarici İşlər Nazirliyi Rusiya istehsalı olan S-400 “Triumf” zenit raket kompleksinin çatdırılması ilə bağlı razılıq əldə edildiyini bəyan edib. 12 sentyabr 2017-ci ildə Türkiyəyə bu sistemlərin çatdırılma müqaviləsinin imzalanması elan edilib.

Rusiyanın “Rostex” dövlət şirkətinin baş direktoru Sergey Çemezov bildirib ki, Türkiyənin Rusiyadan aldığı 4 divizion S-400 “Triumf” kompleksi 2.5 milyard ABŞ dollarına başa gəlib. Bu ilin iyul ayının 15-də isə plana uyğun olaraq silahlar Türkiyəyə çatdırılıb və ilkin olaraq Ankara yaxınlığında xidmətə başlayıb.

www.yenicag.az

5037