Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Rusiyadan Alxanlıdakı erməni vəhşiliyinə reaksiya

Reklam: Sinerji Pro

Rusiyanın Xarici İşlər Nazirliyi iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alxanlı kəndini artilleriya atəşinə tutması nəticəsində iki nəfərin həlak olması, bir nəfərin isə yaralanmasına münasibət bildirib.

XİN-nin mətbuat xidməti Mariya Zaxarova keçirdiyi brifinqdə deyib ki, iyulun 4-də təmas xəttində atəşkəs yenidən pozulub. Atəşkəs itkilərlə o cümlədən dinc əhalinin, uşağın ölümü ilə nəticələnib:

“Ölənlərin yaxınlarına başsağlığı veririk. Münaqişə tərəflərini vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. Rusiya Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupu həmsədrlərinin güc tətbiqinin dayandırılması və danışıqların bərpa olunması ilə bağlı bəyanatını dəstəkləyir”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Yenicag.az

 

www.yenicag.az

455
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM